Moskva. Fərid Əkbərov - APA. "Bəzi Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar legitim deyil. Onlar beynəlxalq iqtisadi təhlükəsizliyi hədələyir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
"ABŞ, Avropa İttifaqı, Yaponiya və Avstraliya tərəfindən ölkəmizə qarşı görülən məhdudlaşdırıcı tədbirlər legitim deyil. Belə tədbirlər nəinki iqtisadi ziyan vurur, həm də beynəlxalq iqtisadi təhlükəsizliyi hədələyir. Rusiya sağlam düşüncənin qalib gələcəyinə ümid edir", - deyə o vurğulayıb.