Moskva. Fərid Əkbərov-APA. Kiyevin icazəsiz olaraq üzərində BMT-nin rəmzi olan helikopterlərdən istifadə etməsi yolverilməzdir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib.
“Biz BMT qarşısında məsələni qaldırmışıq. Onlar əmin etdilər ki, BMT Kiyevlə sıx təmasdadır və bizi araşdırmanın nəticələri haqda məlumatlandıracaqlar. BMT texnikasından icazəsiz istifadə ciddi narahatlığa səbəb olur”, - deyə o vurğulayıb.
Lukaşeviç həmçinin bəyan edib ki, Moskva Kiyevin Krımın su təchizatının dayandırılması qərarını məsuliyyətsiz addım və təhqir kimi qiymətləndirir.