Moskva. Fərid Əkbərov - APA. "Moskva Avropa Şurasının Ukraynada insan hüquqları ilə bağlı vəziyyətin monitorinqini keçirəcəyinə ümid edir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Tornbörn Yaqlandla birgə keçirdiyi brifinqdə deyib.
"Ümid edirik ki, Avropa Şurası nizamnamə imkanları daxilində, öz konvensiyasına uyğun olaraq bütün Ukrayna ərazisində insan hüquqlarının vəziyyətini monitorinq edə bilər. Təkcə Ukraynanın cənub-şərqində deyil, digər vilayətlərdə də insan hüquqlarının pozulması hallarını müşahidə edirik", - deyə S. Lavrov bildirib.