Bakı. Zümrüd Paşayeva – APA. Rusiyaya Ukraynadan gələn qaçqınların sayı 18 min nəfərə çatıb.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ukraynalı qaçqın Rusiya ərazisindəki müvəqqəti sığınacaqlarda məskunlaşıblar.
Rusiya FHN-nin sözçüsü Aleksandr Drobışevski bildirib ki, Ukrayna vətəndaşları üçün yaradılan sığınacaqların sayı 252-yə çatıb. Onun sözlərinə görə, bu məntəqələrdə həkim və psixoloqlardan ibarət briqadalar fəaliyyət göstərir.