Bank Of Baku

Rusiyada parlament seçkilərində bülletenlərin 80 faizi hesablanıb- YENİLƏNİB-3

Rusiyada parlament seçkilərində bülletenlərin 80 faizi hesablanıb- <span style="color: red;">YENİLƏNİB-3
# 19 sentyabr 2016 05:43 (UTC +04:00)

Bakı – APA. Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qalib gəlir.

 

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası bülletenlərin 80%-nin hesablanmasını başa çatdırıb.

 

Nəticələrə əsasən “Vahid Rusiya” 54,28%,  Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, “Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb. “Vahid Rusiya” həmçinin 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır.

 

Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.

 

Qeyd edək ki, deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizəd mübarizə aparıb.

 

***

 

06:33

 

Bakı-APA. Rusiyada keçirilmiş Dövlət Dumasına seçkilərdə  “Vahid Rusiya”  Partiyası qalib gəlir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  bülletenlərin 70 faizinin hesablanmasından sonra “Vahid Rusiya” Partiyası 54,13%  səs toplayıb.

 

İkinci yerdə Kommunist Partiyası (13,78), üçüncü yerdə isə Liberal Demokrat Partiyası (13,53%)  qərarlaşıb.  “Ədalətli Rusiya”  Partiyasına seçicilərin 6,13  faizi səs verib.

 

Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.

 

***

 

04:10

 

Bakı-APA. Rusiyada baş tutan  Dövlət Dumasına seçkilərdə  “Vahid Rusiya”  Partiyasının liderliyi davam edir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  bülletenlərin 50  faizinin hesablanmasından sonra “Vahid Rusiya” Partiyası 53,54%  səs toplayıb.

 

14% səs toplayan Kommunist partiyası səsvermədə  Liberal Demokrat Partiyasını (13,9%) ilk dəfə qabaqlaya bilib. “Ədalətli Rusiya”  Partiyasına seçicilərin 6,21  faizi səs verib.

 

Digər siyasi partiyalar 5%-lik minimum baryeri hələ ki, aşa bilməyiblər.

 

 

***

 

01:40

 

Bakı-APA. Rusiyada baş tutan  Dövlət Dumasına seçkilərdə  “Vahid Rusiya”  Partiyası liderlik edir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  bülletenlərin 25  faizinin hesablanmasından sonra “Vahid Rusiya” Partiyası 51,04%  səs toplayıb.

 

İkinci yerdə Liberal Demokrat Partiyası (15,10%) , üçüncü yerdə isə Kommunist Partiyası (14,85)  qərarlaşıb.  “Ədalətli Rusiya”  Partiyasına seçicilərin 6,42  faizi səs verib.

 

***

 

00:43

 

Bakı-APA. Rusiyada baş tutan  parlament seçkilərində “Vahid Rusiya”  Partiyası liderlik edir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə,  bülletenlərin 15  faizinin hesablanmasından sonra “Vahid Rusiya” Partiyası 47,99%  səs toplayıb.

 

Liberal Demokrat Partiyasına seçicilərin 16,45 , Kommunist Partiyasına 15,85, “Ədalətli Rusiya”ya isə 6,51 faizi səs verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR