Bakı-APA. Rusiyanın Saratov vilayətində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Sızran-Saratov-Volqoqrad yolunun 33-cü kilometrində qeydə alınıb.
“KamAZ” markalı yük avtomobili 3 minik avtomobil ilə toqquşub. Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Hadisə yerində polis və xilasedicilər işləyir. Qəzanın səbəbləri müəyyənləşdirilir.