Bank Of Baku

Rusiyada minik avtomobili mikroavtobusla toqquşub, 17 nəfər yaralanıb

Rusiyada minik avtomobili mikroavtobusla toqquşub, 17 nəfər yaralanıb
# 13 oktyabr 2016 04:35 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Tula vilayətində ağır yol qəzası baş verib

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Venev şəhərində qeydə alınıb.

 

“Citroen” markalı minik avtomobili ilə “Qazel” markalı sərnişin mikroavtobusunun toqquşması nəticəsində 17 nəfər xəsarət alıb. Onlardan 5 nəfərin ağır yaralandığı bildirilir.

 

İlkin versiyaya əsasən, qəzaya mikroavtobus sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR