Moskva. Fərid Əkbərov-APA. Rusiyada bir nəfəri öldürməkdə, digərini isə yaralamaqda təqsirli bilinən azərbaycanlı 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
APA-nın Rusiya bürosunun məlumatına görə, müvafiq qərarı Amur vilayətinin Tındinsk rayon məhkəməsi verib.
Rusiya Cinayət Məcəlləsinin 111.1,4-cü (qəsdən sağlamlığa zərərvurma ölümə səbəb olduqda) maddəsi ilə ittiham edilən Rəcəb Mahmudov cinayəti 2010-cu ilin noyabrında törədib. Tında çayının sahilində yerləşən "Bereq" kafesində Mahmudovun iki Stavropol sakini ilə mübahisəsi yaranıb. Mübahisə nəticəsində Mahmudov üstündə gəzdirdiyi bıçaqla bir nəfəri öldürüb, digərini isə ağır yaralayıb.