Bank Of Baku

Rusiyalılar Belarusla viza rejiminin tətbiqini dəstəkləyir

Rusiyalılar Belarusla viza rejiminin tətbiqini dəstəkləyir
# 16 fevral 2017 10:45 (UTC +04:00)

Rusiya vətəndaşlarının ¾-ü Belarusla viza rejiminin tətbiq edilməsini dəstəkləyir. Respondentlərin 60%-ə yaxını isə bu ölkəyə təbii qazın aşağı qiymətlə satılmasının əleyhinədir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu nəticələr Ümumrusiya ictimai rəyin öyrənilməsi Mərkəzinin keçirdiyi sorğu zamanı ortaya çıxıb.


Sorğuda iştirak edənlərin 78%-i Belarusla viza rejiminin tətbiqini dəstəkləyib, bunların mütləq əksəriyyəti 18-24 yaş arası olan respondentlərdir. 56% respondent Belarusa neft və qazın aşağı qiymətlərlə satılmasına qarşı çıxıb.

 

Rusiyalıların 40%-i Belarusu dost ölkə hesab edir. (2008-ci ildə bu göstərici 50% idi.) Sorğu iştirakçıların 4%-i Belarusu rəqib kimi, 3%-i isə düşmən kimi görür.
 

8-9 fevral tarixlərində keçirilən sorğuda 1200 respondent iştirak edib.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR