APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, güclü küləkdə əkin sahəsinin yandırılması zamanı alovun nəzarətsiz qalması nəticəsində yaranan irimiqyaslı yanğında 483 nəfər xəsarət alıb, 1 nəfər itkin düşmüş sayılır.
Səhiyyə Nazirliyinin regional şöbəsindən bildirilib ki, xəsarət alanlardan 77 nəfəri xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində 21 yaşayış məntəqəsində 900 ev yanıb.