Bakı-APA. Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan Brüsselə səfər edəcəklər.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onlar NATO-nun “28+Ermənistan” formatında nəzərdən tutulan toplantısında iştirak edəcəklər.
Toplantı sabah, mayın 20-də keçiriləcək.