Bank Of Baku

Samarada qeyri-qanuni ibadət evində 60 nəfər saxlanılıb

Samarada qeyri-qanuni ibadət evində 60 nəfər saxlanılıb
# 29 aprel 2016 19:43 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Samara şəhərində qeyri-qanuni ibadət evində 60 nəfər "Sələfi" təriqətinə mənsub şəxslər saxlanılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin Samara vilayəti üzrə İdarəsinin nümayəndəsi bildirib.

 

“Həyata keçirilən əməliyyat nəticəsində 60-dək nəfər saxlanılıb. Bu qrupun  bir sıra üzvü hazırda Suriyada qeyri-qanuni hərbi birləşmələrin iştirakçılarıdır.  Axtarış zamanı qeyri-qanuni ibadət evində əldəqayırma partlayıcı maddə və radikal məzmunlu ədəbiyyat aşkar edilib. Araşdırmalar davam etdirilir, faktla bağlı cinayət işinin açılması gözlənilir”, deyə FTX nümayəndəsi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR