Bank Of Baku

Sankt-Peterburqda azərbaycanlılar və dağıstanlılar arasında atışma olub

Sankt-Peterburqda azərbaycanlılar və dağıstanlılar arasında atışma olub
# 28 aprel 2016 19:10 (UTC +04:00)

Bakı-APA.  Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar və dağıstanlılar arasında atışma olub. APA-nın  xəbərinə görə, bu barədə “FlashNord”-a şəhərin hüquq-mühafizə orqanlarından bildirilib.  

 

Məlumata görə, saat 17.00 radələrində baş vermiş insidentdə iştirak edən şəxslərdən ikisi saxlanılıb.  

 

“Vasilyevski adasında bir qrup azərbaycanlı və dağıstanlılar arasında atışma olub”, - deyə mənbə bildirib.   

 

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

 

İnsident zamanı xəsarət alanlar barədə məlumat verilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR