Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Sankt-Peterburqda beynəlxalq iqtisadi forum öz işinə başlayıb.
"APA-Economics" xəbər verir ki, forum çərçivəsində qlobal iqtisadi problemlər, Rusiyaya xarici investorların cəlb olunması, antiböhran siyasəti, maliyyə-kredit siyasəti və s. müzakirə olunacaq.
XIX Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində 450 xarici şirkətdən 843 nümayəndənin iştirakı təsdiq olunub. Ümumilikdə tədbirdə 1 600-dən çox şirkət iştirak edəcək.
Forum çərçivəsində Rusiya prezidenti Vladimir Putinin dünyanın ən iri investisiya və suveren fondlarının rəhbərləri, o cümlədən Rusiya sənaye şirkətlərinin rəhbəri ilə görüşü baş tutacaq.