APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, “sənəd”in imzalanması bu gün Donetskdə “Şaxtar Plaza” otelində, Nikolayev, Odessa, Herson, Dnepropetrovsk, Donetsk, Luqansk və Zaporojyenin “xalq nümayəndələrinin” qurultayının yekunlarına dair baş tutub.
“Donetsk Xalq Respublika”sı (DXR) adından “sənədi” “DXR”-in “baş naziri” Aleksandr Boroday, “Luqansk Xalq Respublika”sı (LXR) adından isə “LXR”-in “respublika şurası”nın “sədri” Aleksey Karyakin imzalayıblar.
İmzalanma prosesi qapalı şəraitdə keçirilib, giriş silahlı şəxslər tərəfindən mühafizəyə götürülüb.
“Sənədin” imzalanma mərasiminə yalnız “Rossiya-24” telekanalının jurnalistləri buraxılıb.