APA-nın “UNN”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hərbçilərin sərəncamında olan döyüş sursat ehtiyatı tamamilə tükəndikdən sonra separatçılar hərbi hissəni ələ keçirə biliblər.
“Milli Qvardiyanın Donetsk şəhərində yerləşən 3004 saylı hərbi hissənin konvoy batalyonunun şəxsi heyəti və silahlı terrorçular arasında 7 saatadək davam edən döyüş zamanı hərbçilərin sərəncamında olan döyüş sursatlar tamamilə istifadə olunub. Bunun nəticəsində hərbi hissənin ərazisi terrorçuların nəzarətinə keçib”, deyə məlumatda bildirilir.
Hərbi hissə komandirinin əsir götürüldüyü bildirilir, batalyonun şəxsi heyəti isə başqa hissəyə köçürülüb.