Bank Of Baku

Separatçılar Luqanskda 20 hərbçini əsir götürdüklərini elan ediblər

Separatçılar Luqanskda 20 hərbçini əsir götürdüklərini elan ediblər
# 30 may 2014 03:51 (UTC +04:00)

Bakı-APA. Separatçı “Luqansk Xalq Respublikası”nın nümayəndələri keçirdikləri əməliyyat nəticəsində Ukrayna Milli Qvardiyasının 20 əsgərini əsir götürdüklərini elan ediblər. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verir.

 

“Bu gün hərbi hissənin yerləşdiyi  Aleksandrovskda əməliyyat keçirilib. Əməliyyat nəticəsində qeyd olunan hərbi hissə bizim nəzarətimizə götürülüb”, deyə “LXR” nümayəndəsi bildirib.  

 

Məlumata görə, əməliyyat nəticəsində 1 separatçı yaralanıb. Hərbçilər arasında itkilər barədə məlumat verilmir.   

 

Bundan əvvəl Aleksandrovsk şəhərində yerləşən hərbi hissədə silah anbarının separatçılar tərəfindən partladılması barədə məlumat yayılmışdı.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR