APA-nın məlumatına görə, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. Gürcüstanın yeni hökumətinin praqmatik addımlar atdığını deyən Lavrov iki ölkə arasında iqtisadi əlaqələrin heç vaxt kəsilmədiyini bildirib.
“Energetika və digər sahələrdə şirkətlərimiz əməkdaşlıq ediblər. Əgər humanitar əlaqələr, hava əlaqəsinin yaradılmasına maraq varsa, bu sahədə əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Lakin bu Cənubi Osetiya və Abxaziyadakı qardaşlarımızı satmaq hesabına ola bilməz”.