Bank Of Baku

Sergey Lavrov: "Rusiya üçün yeganə təhlükə ABŞ-ın raket hücumundan müdafiə sistemidir"

Sergey Lavrov: "Rusiya üçün yeganə təhlükə ABŞ-ın raket hücumundan müdafiə sistemidir"
# 22 aprel 2015 12:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya üçün yeganə təhlükə ABŞ-ın qlobal raket hücumundan müdafiə sistemidir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiolarına müsahibəsində bildirib.
 

S. Lavrov Çin tərəfindən Rusiya üçün heç bir təhlükə görmədiyini söyləyib: "Ümumiyyətlə Şərqdən heç bir təhlükə görmürəm. Bircə təhlükə mövcuddur, bu da ABŞ-ın hava hücumundan müdafiə sistemidir. Bu sistem ABŞ, Avropa və Şimal-Şərqi Asiya ərazisində yaradılır. Bu sistem Rusiya sərhədlərinin perimetrini möcüzəvi şəkildə əhatə edir".
 

Rusiya XİN başçısı Çin-Rusiya tərəfdaşlığının strateji xarakter daşıdığını da qeyd edib: "Bu tərəfdaşlıq beynəlxalq münasibətlərdə ən azından hansısa sabitliyə vacib töhfə verir". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR