Bank Of Baku

Sergey Lavrov: "Asiya ölkələri ilə əlaqələrin yaxşılaşdırılması Qərblə münasibətlərə alternativ deyil"

Sergey Lavrov: "Asiya ölkələri ilə əlaqələrin yaxşılaşdırılması Qərblə münasibətlərə alternativ deyil"
# 19 noyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Asiya ölkələri ilə əlaqələrin yaxşılaşdırılması Qərblə münasibətlərə alternativ deyil”.

 

APA-nın “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında “Hökumət saatı”nda çıxışı zamanı deyib.

 

Ukrayna böhranına toxunan S. Lavrov bu ölkədən gedən proseslər Qərbin yürütdüyü siyasətin nəticəsidir: “Son 25 ildə Qərb öz təhlükəsizliyini başqalarının təhlükəsizliyinə zərbə vurmaq hesabına möhkəmlətməyə, öz nəzarətində olan geosiyasi məkanı genişləndirməyə çalışır”.

 

O həmçinin Ukraynanın baş naziri Arseniy Yatsenyuku ittiham edərək, onun Minsk prosesindən imtina edib Cenevrə formatına qayıtmağa çalışdığını bildirib. Rusiya XİN başçısının sözlərinə görə, Minsk razılaşmasını şübhə altına almaq istəyənlər Donetsk və Luqansk rejimlərinin təmsil olunmayacağı danışıqlar formatını gündəmə gətirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR