Bank Of Baku

Sergey Lavrov Türkiyəyə səfər edəcək

Sergey Lavrov Türkiyəyə səfər edəcək
# 19 noyabr 2015 13:35 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 25-də Türkiyəyə rəsmi səfərə yollanacaq.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib. O bildirib ki, səfər çərçivəsində Rusiya XİN başçısı türkiyəli həmkarı ilə görüşəcək: "Görüşlər çərçivəsində iki dövlət arasındakı münasibətlər, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasına hazırlıq məsələləri və Suriyadakı vəziyyət müzakirə olunacaq”.
 
M. Zaxarova S. Lavrovun Türkiyə səfəri çərçivəsində keçirəcəyi görüşlərdə Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunacağını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR