Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.
APA-nın “news.am” saytına istinadən yaydığı xəbərə görə, S. Sarkisyan işgüzar səfəri çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının sessiyasında və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edəcək.