Bakı-APA. Ermənistan Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 92%-dən gələn nəticələrin sayıldığını bildirib. Alınan nəticələrə görə, hazırkı prezident Serj Sərkisyana seçicilərin 779 mini, yəni 58,67%-i səs verib. Bu isə səsvermədə iştirak etmiş 1 milyon 518 min nəfərin 51%-i deməkdir. Beləliklə Sərkisyan faktiki olaraq seçkilərdə qalib gəlib.
İkinci yerdəki Raffi Ovanisyanın 36,76% səsi var.
Ermənistanda keçirilmiş prezident seçkilərində seçicilərin 60,05%-i iştirak edib.
Bu vəzifə uğrunda 7 nəfər mübarizə aparırdı. Bunlar hazırkı prezident Serj Sərkisyan, keçmiş baş nazir Qrant Baqratyan, keçmiş XİN başçısı Raffi Ovanisyan, «Milli özünüdərk» birliyi» partiyasının lideri Paruyr Ayrikyan, politoloq, «Radio Hay»ın rəhbəri Andrias Qukasyan, eposşünas Vardan Sedrakyan və qondarma «Dağlıq Qarabağ Respublikasının keçmiş xarici işlər naziri» Arman Melikyandır.