Bakı-APA. Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan 562 məntəqədəki (25%-dən çox) seçki protokollarının sayılmasından sonra 61,27% səslə liderlik edir. Bu barədə Ermənistan MSK məlumat yayıb.
İkinci yerdə 34,13% səslə keçmiş XİN başçısı Raffi Ovanisyandır. Digər 5 namizədin hər biri 3%-dən az səs toplayıb.