Bank Of Baku

Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının dondurulmasına dair razılığa gəliblər

Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının dondurulmasına dair razılığa gəliblər
# 12 aprel 2016 20:25 (UTC +04:00)

Bakı-APA. Rusiya və  Səudiyyə Ərəbistanının nümayəndələri neft hasilatının həcminin  dondurulmasına dair konsensusa nail olublar. APA-nın xəbərinə görə, bunu “İnterfaks”a diplomatik mənbə bildirib.   

 

“Bu gün  Səudiyyə Ərəbistanı və Rusiya nümayəndələri arasında baş tutan görüş zamanı tərəflər  arasında neft hasilatının dondurulması məsələsinə dair konsensus əldə olunub”, - deyə mənbə qeyd edib.

 

Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan neft hasilatının dondurulmasına razılıq verib.   Bundan əvvəl Səudiyyə Ərəbistanı İranın da neft hasilatının dondurulması sazişinə qoşulmaq istəmədiyini əsas gətirərək  sövdələşməyə hazır olmadığını bildirirdi.  

 

Qeyd edək ki, İran, öz növbəsində, neft hasilatının həcmini əvvəlki səviyyəyə (sanksiyalar tətbiq olunandan əvvəl) çatdıranadək  neft hasilatının dondurulması sazişinə qoşulmaq niyyətində olmadığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR