Bakı-APA. Ermənistan müdafiə naziri Seyran Ohanyan Rusiyanın Azərbaycana silah satmasına müsbət yanaşa bilmədiyini bəyan edib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, S.Ohanyan bunu jurnalistlərə açıqlamasında Moskvanın Bakı ilə hərbi-texniki əməkdaşlığına münasibət bildirərkən deyib.
“Ermənistanın strateji tərəfdaşı olan Rusiya şübhəsiz ki, ilk növbədə ölkəmizlə hərbi-texniki əməkdaşlığa önəm verir. Lakin Rusiya eyni zamanda müstəqil siyasət yürüdə bilər. Müdafiə naziri kimi buna müsbət yanaşa bilməsəm də, tənqid etmək hüququm da yoxdur”, - deyə o vurğulayıb.