Bank Of Baku

Slavyansk ətrafında daha bir Ukrayna helikopteri vurulub

Slavyansk ətrafında daha bir Ukrayna helikopteri vurulub
# 29 may 2014 11:46 (UTC +04:00)

Bakı – APA. Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhəri ətrafında orduya məxsus daha bir hərbi helikopter separatçılar tərəfindən vurulub. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, helikopter Slavyansk şəhərinin cənub-şərqində, Çervonıy Moloçar adlanan yerə düşərək yanıb. Hazırda bu ərazidə hökumət qüvvələri ilə separatçılar arasında döyüşlər gedir. Hələlik hadisə zamanı neçə nəfərin öldüyü bəlli deyil.

 

Xatırladaq ki, daha əvvəl də Slavyansk ətrafında bir neçə Ukrayna helikopteri vurulub. Rusiyanın dinc sakin adlandırdığı separatçı-terrorçu qrupların əlində PZRK (daşınan zenit-raket kompleksi) var və helikopterlər bu silahla vurulur.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR