Bank Of Baku

Slavyansk şəhəri ətrafında intensiv döyüşlər gedir, ölənlər var

Slavyansk şəhəri ətrafında intensiv döyüşlər gedir, ölənlər var
# 31 may 2014 16:49 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Slavyansk şəhəri ətrafında, eyni zamanda bir neçə yerdə intensiv döyüşlər gedir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Ukrayna ordusu əməliyyatlara 7-8 hərbi helikopterlər cəlb edərək separatçıların mövqelərini pulemyotlardan atəşə tutur.  Separatçıların qərargahından agentliyə verilən məlumata görə, yerli sakinlər arasında 2 nəfər həlak olub.   

 

Məlumata görə, döyüşlər Xarkov-Rostov magistral yolunun Krasnıy Liman yaşayış məntəqəsinə dönən hissəsində,  Kramatorsk aerodromu yaxınlığında, Çervonıy Moloçar qəsəbəsi və Andreyevski postu yaxınlığında  gedir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR