APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə antiterror əməliyyatın rəsmi sözçüsü Vladislav Seleznyov bildirib.
“Şiddətli döyüşlər zamanı Ukrayna ordusunun 4 hərbçisi həlak olub, 20-si isə yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib”, deyə o bildirib.
Vladislav Seleznyov əlavə edib ki, ilkin hesablamalara görə, döyüşlər zamanı 200-dək separatçı öldürülüb.
Ukrayna prezidenti Pyotr Poroşenko bir qədər əvvəl bildirib ki, Ukrayna ordusu Rusiya sərhədi boyu əraziləri nəzarətə alaraq Slavyansk şəhərini mühasirəyə almaqdadır.