APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, atəş nəticəsində fransalı jurnalist yaralanıb.
“Fransalı və İtaliyalı jurnalistlər Andreevkada reportaj hazırlayarkən minaatanlardan açılan atəş nəticəsində yaralanıblar. Ayağından qəlpə yarası alan fransalı reportyor Vilyam Roqulyon xəstəxanaya çatdırılıb”, deyə mənbə bildirib. Fransıza sərgi qoyulduqdan sonra o xəstəxananı tərk edib.
Atəş nəticəsində italiyalı jurnalist və onun tərcüməçisi ölüb.