Bank Of Baku

Slovakiyanın keçmiş baş naziri Ukrayna prezidentinin müşaviri olacaq

Slovakiyanın keçmiş baş naziri Ukrayna prezidentinin müşaviri olacaq
# 26 aprel 2015 02:49 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Mikulaş Dzurinda “Qromadske TV” telekanalının efirində bildirib.    

 

“...Ümid edirəm ki, mənim təcrübəm sizin ölkə üçün faydalı olacaq. Ölkələrimiz arasında fərqlər olsa da, islahatlarda xeyli oxşarlıq var”, deyə Dzurinda bildirib və Ukraynada hakimiyyətin və pul axınının mərkəzləşdirilməsi istiqamətində addımların atılmasının vacib olduğunu vurğulayıb.  

 

Dzurinda  həmçinin sərmayəçilərin ölkəyə cəlb olunması üçün lazımi qanunların qəbul edilməsinin vacib addım olduğunu qeyd edib.   

 

Qeyd edək ki, Ukrayna hökumətində artıq  üç əcnəbi təmsil olunub. Bunlar maliyyə naziri Natalya Yaresko (ABŞ), səhiyyə naziri Aleksandr Kvitaşvili (Gürcüstan) və iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçusdur (Litva). Poroşenkonun xüsusi fərmanı ilə onlara Ukrayna vətəndaşlığı verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR