APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası nəticəsində 1 nəfər ölüb, 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb.
Yük maşınında 28 nəfər olub, onlardan 20 nəfərini uşaqlar təşkil edib. İlkin məlumata əsasən, qəzaya səbəb yük maşınının əyləc sistemindəki nasazlıq olub.
Qeyd edək ki, bu, son sutka ərzində Rusiyada baş vermiş ikinci belə hadisədir. Ötən axşam Novorossiysk şəhəri yaxınlığında uşaqları daşıyan avtobus qəzaya uğrayıb. Avtobusda 38 nəfər, onlardan 35-i uşaqlar olub. Nəticədə 5 nəfər xəsarət alıb. Qəzanın yüksək sürət nəticəsində idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir.