Bank Of Baku

Təyyarə qəzasında ölənlərin cəsədləri Moskvaya gətiriləcək

Təyyarə qəzasında ölənlərin cəsədləri Moskvaya gətiriləcək
# 25 dekabr 2016 18:56 (UTC +04:00)

Soçi yaxınlığındakı qəzanın qurbanlarının cəsədlərini daşıyan ilk təyyarə Moskvaya dekabrın 26-da yola düşəcək.

 

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə məlumatlı mənbə bildirib.  

 

“Güman edirəm ki, ilk təyyarəni sabah Moskvaya göndərəcəyik”, deyə mənbə bildirib.

 

İndiyədək  təyyarə qəzasında ölənlərdən 11-nin meyiti sudan çıxarılıb.

 

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində böyük ehtimal ki, sərnişinlərdən sağ qalan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR