Bank Of Baku

Soçidə QDİƏT XİN rəhbərlərinin görüşü keçiriləcək

Soçidə QDİƏT XİN rəhbərlərinin görüşü keçiriləcək
# 28 mart 2016 14:59 (UTC +04:00)

Bakı - APA. İyulun 1-də Soçidə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirlərinin görüşü keçiriləcək. 
 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər yayıb. 
 

QDİƏT xarici işlər nazirləri Şurasının iclasında Rusiyanın QDİƏT-ə sədrliyi ilə bağlı işlərin nəticələri müzakirə olunacaq. 
 

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb. Təşkilatda 12 dövlət -  Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan,  Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna təmsil olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR