Bank Of Baku

Son iki ildə Ermənistanda elektrik enerjisi 1,6 dəfə bahalaşıb

Son iki ildə Ermənistanda elektrik enerjisi 1,6 dəfə bahalaşıb
# 18 iyun 2015 07:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Cəmi iki il ərzində Ermənistanda əhali üçün elektrik enerjisi 1,6 dəfə bahalaşıb. Gündüz tarifində 62,6%, gecə tarifində isə 55,1%-lik artım qeydə alınıb.

 

"APA-Economics"in məlumatına görə, bu barədə Ermənistanın News.am saytı xəbər verir.

 

Məlum olduğu kimi, İctimai xidmətlərin tənzimləməsi üzrə komissiya iyunun 17-də elektrik enerjisinə ikiqat artımla yeni tarifi təsdiqləyib. Elektrik enerjisinin gündüz tarifi 16,65%, gecə tarifi isə 21,8% artıb. Mütləq ölçüdə hər iki tarif eyni səviyyədə bahalaşıb - 1 KV/saat üçün 6,93 dram.

 

Düzdür, bu sahənin inhisarçısı olan "Ermənistanın elektrik xətləri" QSC-nin müraciətində başqa qiymətlər qeyd olunmuşdu - elektrik enerjisinin hər 1 KV/saatı üçün tariflərin 17 dram artırılacağı planlaşdırılırdı. Ancaq, bir çox müstəqil ekspertlərin, o cümədən sıravi vətəndaşların heç şübhəsi yox idi ki, şirkət bilərəkdən müraciətində şişirdilmiş rəqəmlər təqdim edib ki, sonradan bu sənədə Komissiya tərəfindən düzəliş edilsin. Ancaq bununla da tənzimləyici qurulma inhisarçı arasındakı “amansız mübarizə” bitməyib.

 

Məlum olub ki, Yevgeni Bibinin timsalında şirkət rəhbərliyi Komissiyanın qərarından "narazıdır". O, hətta şirkətin Ermənistandan getməsi ilə hədələyib. Həmin Ermənistandan ki, üç il bundan əvvəl "Ermənistanın elektrik xətləri" QSC-ni "ictimai xidmətlər sahəsində ən yaxşı şirkət" elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR