Bank Of Baku

Tiflisdə Belarusun səfirliyi açılacaq

Tiflisdə Belarusun səfirliyi açılacaq
# 25 aprel 2015 02:12 (UTC +04:00)

Bakı-APA. Bu il Gürcüstanın paytaxtı Tiflisdə Belarusun səfirliyi açılacaq.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Batumidə səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

 

“Diplomatik nümayəndəliyin açılması məsələsində Belarusun xüsusi yanaşması var. Məhz iqtisadi-ticarət əlaqələrinin kifayət qədər yüksək səviyyədə olduğu halda biz müvafiq ölkədə səfirliyimizin açılmasına dair qərar veririk”, deyə A.Lukaşenko bildirib.

 

Onun sözlərinə görə, Belarusla Gürcüstan arasında əmtəə dövriyyəsi yaxın gələcəkdə 200 milyon ABŞ dollarına çatacaq.

 

Qeyd edək ki, Gürcüstanın Minskdəki səfirliyi 2007-ci ildən etibarən fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR