Bank Of Baku

Türkiyə Ukraynaya səyyar hərbi hospitallar və ləvazimatlar verib

Türkiyə Ukraynaya səyyar hərbi hospitallar və ləvazimatlar verib
# 12 mart 2016 22:40 (UTC +04:00)

Bakı-APA. Türkiyə Hərbi-Dəniz Qüvvələrinin gəmisi və Ukraynanın “Getman Saqadaçnıy” və “Balta” hərbi gəmilərinin Mərmərə dənizində keçirilən birgə hərbi təlimləri başa çatıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

 

Məlumata görə,  təlimlər zamanı  gəmilər birgə manevr, məlumat mübadiləsi və hərəkətdə olarkən məlumatların və yüklərin biri-birilərinə ötürmək kimi elementləri sınaqdan keçiriblər.

 

Bundan başqa, iki ölkənin dənizçiləri Türkiyə Hərbi-Dəniz Qüvvələrinin “Gölcük” hərbi-dəniz bazasında birgə tədbirlər həyata keçiriblər.  

 

Türkiyə tərəfinin verdiyi səyyar hərbi hospitallar və ləvazimatlar  Ukrayna gəmiləri vasitəsilə ilə Odessa limanına gətirilərək aidiyyatı üzrə təhvil verilib.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR