APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 00:28-dən başlayaraq Ukrayna Silahlı Qüvvələri və Dövlət Sərhəd Xidmətinin bölmələri Rusiya Federasiyası ərazisindən BM-21 yaylım atəşi sistemindən atəşə tutulublar.
“Zelenopolye, Dyakovo, Biryukovo, İzvarino yaşayış məntəqələri yaxınlığında Antiterror əməliyyatında iştirak edən bölmələr atəşə tutulub”, - Ukrayna Dövlət Sərhəd Xidmətinin açıqlamasında qeyd edilir.
Məlumatda bildirilir ki, Ukrayna ordusu artilleriyadan cavab atəşi açıb, havaya qırıcı təyyarələr qalxıb.