Bakı. Zümrüd Paşayeva-APA. Konstitusiyaya düzəlişlər hazırlanarkən rus və digər dillərin rəsmi status qazanması təmin olunacaq.
APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna baş naziri Arseniy Yatsenyuk bəyan edib.
"Konstitusiyaya düzəlişlər hazırlanarkən yerli icmaların rus və digər dillərə rəsmi status vermək hüququna malik olmasını təmin edəcəyəm. Rus dilinin imkanları Ukrayna dili ilə eynidir ", - deyə o vurğulayıb.