Bakı - APA. Ukrayna Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində ölkənin şərqində terrorçuların iki bazası məhv edilib.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Antiterror Əməliyyatının spikeri Vladislav Seleznyov bildirib.
Onun sözlərinə görə, Donetsk vilayətinin Qolmovskiy yaşayış məntəqəsində və Dzerjinsk şəhəri yaxınlığında yaraqlıların hərbi düşərgələri məhv edilib. Həmçinin Luqansk vilayətində, Perevalsk şəhəri ətrafında bir qrup terrorçu öldürülüb.