APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Antiterror Əməliyyatının rəsmi sözçüsü Vladislav Seleznyov bildirib.
Onun sözlərinə görə, zərbələr Rovenki yaşayış məntəqəsi yaxınlığında Luqansk aerodromuna yaxın meşə zolağına endirilib.
Həmçinin Savur Moqila və İzvarino yüksəklikləri bombardman olunub. Bundan başqa, separatçıların Karlovka qəsəbəsi yaxınlığındakı postuna zərbələr endirilib.