APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, döyüş artıq bitib, terrorçular ciddi itkilər verib.
“Gün ərzində terrorçular “Qrad” sistemi və tanklar vasitəsilə Luqansk aeroportundakı Ukrayna hərbçilərinin mövqelərini intensiv atəşə tutublar. Cavab zərbəsi nəticəsində terrorçuların 2 tankı və 1 “Qrad” yaylım atəş sistemi məhv edilib. Ukrayna hərbçiləri arasında itki yoxdur”, - Ukrayna müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.