Bank Of Baku

Ukrayna müxalifəti prezident iqamətgahının önündə konkret tələblərlə kütləvi aksiyalara başlayır - FOTO

Ukrayna müxalifəti prezident iqamətgahının önündə konkret tələblərlə kütləvi aksiyalara başlayır - <span style="color: red;">FOTO
# 03 dekabr 2013 15:19 (UTC +04:00)

“Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk bildirib ki, prezident Viktor Yanukoviç hökuməti istefaya göndərərək növbədənkənar prezident və parlament seçkiləri elan edənə qədər prezident iqamətgahının qarşısında etiraz aksiyaları davam edəcək: “Artıq 3 ildir Yanukoviç Ukraynaya əzab verir, indi isə Ukrayna Yanukoviçə əzab verəcək”.  

 

Müxalifətçilər prezident iqamətgahını iki tərəfdən mühasirəyə almaq üçün deputatlar Aleksandr Turçinov və Sergey Sobolevin rəhbərliyi ilə iki cərgə (kolon) formalaşdırıblar. “Batkivşina” Partiyasının səs gücləndirici ilə təchiz olunmuş avtobusu prezident binasına yaxınlaşarkən onun qarşısını “Passat” markalı avtomobil kəsib və binaya yaxınlaşmasına imkan verməyib. Prezident iqamətgahının ətrafına çoxlu sayda milis və “Berkut” xüsusi təyinatlı milis dəstəsinin yüzlərlə əməkdaşı cəlb olunub.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR