Bakı-APA. Ukrayna Nazirlər Kabineti 2016-cı ilin dövlət büdcəsini təsdiqləyib, sənəd Ali Radaya təqdim edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın iqtisadi inkişaf və ticarət naziri Ayvaras Abromaviçus bildirib.
“Nazirlər Kabineti 2016-cı ilin dövlət büdcəsini təsdiqləyib. Ali Radaya təqdim edilib, səsvermə keçiriləcək”, deyə nazir “tvitter” səhifəsində bildirib.