APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurası məlumat mərkəzinin nümayəndəsi Andrey Lısenko bəyan edib.
“Hazırda Kramatorskda kəşfiyyatçılar və istehkamçılar inzibati və yaşayış binalarını yoxlayırlar” – deyə A. Lısenko bildirib.
Onun sözlərinə görə, yerli əhali hərbçilərə fəal şəkildə yardım göstərir.