Bank Of Baku

Ukrayna parlamentində 5 fraksiya arasında koalisiya sazişi imzalanıb, NATO-ya üzvlük prioritet elan olunub

Ukrayna parlamentində 5 fraksiya arasında koalisiya sazişi imzalanıb, NATO-ya üzvlük prioritet elan olunub
# 21 noyabr 2014 10:17 (UTC +04:00)

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, yeni parlamentdə çoxluq təşkil edən Qərbyönlü 5 siyasi qüvvə yeni hökuməti formalaşdırmaq barədə razılığa gəlib.

 

Koalisiya sazişində ən diqqət çəkən məqam Ukraynanın Viktor Yanukoviçin dövründə elan olunmuş neytral statusundan imtina və NATO-ya üzvlüyün əsas vəzifələrdən biri kimi qarşıya qoyulmasıdır. Bundan başqa, Avropa İttifaqına inteqrasiya və assosiasiya sazişinin bütün maddələrinin yerinə yetirilməsi məsələsi də prioritet olacaq. 

 

Tərəflər deputat toxunulmazlığını ləğvi, prezidentin impiçmenti prosedurunun işlənib hazırlanması, majoritar seçki sisteminin ləğvi və seçkilərin bundan sonra açıq siyahılar (proporsional sistem) əsasında keçirilməsi, mərkəzləşdirmənin azaldılması (desentralizasiya) barədə razılığa gəliblər.

 

Bundan başqa, koalisiya iştirakçıları Krımın geri qaytarılması və bu məsələ ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırılması, ölkənin şərqində Ukrayna Silahlı Qüvvələrinin daimi dislokasiya yerlərinin yaradılması, müdafiə məqsədlərinə Ümumi Daxili Məhsulun 3%-i həcmində vəsait ayrılması, Antikorrupsiya Bürosu və korrupsiya ilə mübarizə üzrə Milli Agentliyin yaradılması, eləcə də Daxil İşlər Nazirliyi sistemində islahatlar çərçivəsində milli polisin yaradılması barədə razılıq əldə ediblər.    

 

Yeni koalisiya dekommunizasiya (kommunistsizləşdirmə) apararaq sovet, eləcə də nasist simvolikasını və təbliğatını ölkədə yasaqlayacaq. İri şəhərlərdə mer seçkiləri 2 turdan ibarət keçiriləcək.  


 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR