Bank Of Baku

Ukrayna şərqindəki toqquşmalar nəticəsində 40-dan çox uşaq ölüb

Ukrayna şərqindəki toqquşmalar nəticəsində 40-dan çox uşaq ölüb
# 23 iyun 2014 11:49 (UTC +04:00)

Bakı-APA. Ukrayna şərqindəki toqquşmalar nəticəsində 40-dan çox uşaq ölüb.

 

APA-nın məlumatına görə, bunu Ukrayna Ali Radasının səhiyyə məsələləri üzrə komitəsinin rəhbəri Tatyana Baxteeva deyib.

 

Onun sözlərinə görə, onların əksəriyyəti güllə və qəlpə yarasından ölüb.

 

“Evdə pəncərənin yanında duran uşaq yaxınlıqdakı partlayış nəticəsində yaralanır və nəticədə ölür. Həmçinin günahsız uşaqlar ürək nahiyəsindən aldığı güllə yarasından ölür. Bu hallar Donetskdə geniş yayılıb. Ona görə də oradakı insanlar, xüsusən də uşaqları olanlar qorxu içində yaşayırlar”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR