APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə iyunun 27-də Brüsseldə Ukraynanın Avropa Birliyi ilə assosiativ saziş imzalaması müzakirə olunub.
“Pyotr Poroşenko Ukraynaya beynəlxalq yardımın göstərilməsində aparıcı rol oynayan Avropa Birliyinə təşəkkürünü, ölkə üçün donor konfransının keçirilməsinin təşəbbüsçüsü olan Avropa Komissiyasının təklifini bəyəndiyini bildirib”, - Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında belə deyilir.