Bank Of Baku

Ukraynada qəzaya uğramış “Boeing”in sərnişinlərinin hansı ölkələrin vətəndaşı olduğu dəqiqləşdirilib

Ukraynada qəzaya uğramış “Boeing”in sərnişinlərinin hansı ölkələrin vətəndaşı olduğu dəqiqləşdirilib
# 18 iyul 2014 13:02 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Malayziya hökuməti təyyarədə 173 nəfər hollandiyalının, 44 nəfər malayziyalının, 24 nəfər avstraliyalının, 12 nəfər indoneziyalının və 9 nəfər britaniyalının olduğunu bəyan edib.

 

Qalan 20 nəfər sərnişin hansı ölkənin vətəndaşı olduğu hələlik müəyyənləşdirilməyib.

 

Ümumillikdə təyyarədə ekipaj üzvləri daxil olmaqla, 285 nəfər olub.

 

Ukrayna XİN nümayəndəsi Andrey Sıbiqa isə jurnalistlərə açıqlamasında bildirib ki, artıq 181 nəfərin cəsədi tapılıb.

 

Bu arada məlum olub ki, İnterpol Ukraynaya ekspert qrupu göndərəcək. Mütəxəssislər təyyarə qəzasının səbəblərinin araşdırılması işində Ukrayna tərəfinə kömək edəcəklər.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR