Bank Of Baku

Ukraynada təyyarə qəzasında ölənlərin siyahısı açıqlanıb

Ukraynada təyyarə qəzasında ölənlərin siyahısı açıqlanıb
# 18 iyul 2014 02:31 (UTC +04:00)

Bakı – APA. “Malaysia Airlines” aviaşirkəti Ukraynada təyyarə qəzasında ölən sərnişinlərin vətəndaşlıqları barədə ilkin açıqlama yayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Boeing 777” təyyarəsinin göyərtəsində 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin və 1 Kanada vətəndaşının olduğu açıqlanıb.

 

Dəqiqləşdirilmiş məlumata görə, qəza zamanı təyyarədə 3-ü uşaq olmaqla 283 sərnişin və 15 ekipaj üzvü olub. Bundan əvvəl bir sıra KİV-də təyyarənin göyərtəsindəki 280 sərnişindən 80-nin uşaq olduğu barədə məlumat yayılmışdı.

 

Digər sərnişinlər barədə barədə hələ ki, məlumat yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR